"Sofiya”nın İmişlidə təqdim edilməsinin simvolik mənası var - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Sofiya”nın İmişlidə təqdim edilməsinin simvolik mənası var - ŞƏRH

"Dünyada ilk süni intellektli humanoid robotu olan “Sofiya”nın Azərbaycanda təqdimatının keçirilməsinin xüsusi əhəmiyyəti var. Bu, onu yaradan şirkətin timsalında sürətlə inkişaf edən bir ölkəni görməsinə işarədir".

Publika.az-a açıqlamasında bu sözləri millət vəkili Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində ASAN Həyat kompleksinin açılışında iştirak edib və dünyada ilk süni intellektli humanoid robotu olan “Sofiya” ilə söhbətini şərh edərkən deyib.

“ASAN-Xidmət” bu gün Azərbaycanın bir intellektual brendinə çevrilib. Bunun özü göstərir ki, informasiya-kommunikasiya texnologiyaları ilə məşğul olan şirkətlər Azərbaycanla əməkdaşlıqda, Azərbaycanla birgə məhsullar istehsal etməkdə maraqlıdırlar. Sabah özümüzünü “Sofiya”mızı yaratmağımız tamamilə gözlənilən hadisədir. "Sofiya"nın paytaxtımızda deyil, Azərbaycan regionlarından birində - İmişlidə təqdim edilməsinin də simvolik mənası var. Bu, o deməkdir ki, Azərbaycanda regionlar inkişaf edir, Azərbaycan üçün paytaxt, region, əyalət söhbəti yoxdur. Bütün bunların hamısı ölkə Prezidenti cənab İlham Əliyevin zəhmətinin, apardığı siyasətin nəticəsidir. Bu uğur münasibətilə ilk növbədə cənab Prezidentimizi təbrik edirik”, - millət vəkili bildirib.

Onun sözlərinə görə, əminliklə demək olar ki, "Sofiya"nın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır. Millət vəkili qeyd edib ki, artıq bu istiqamətdə işlərin getdiyinə şübhə etmir:

“Onsuz da Azərbaycan maşınqayırma, dəqiq texnologiya və müasir texnologiyaların istehsalında müəyyən müsbət nəticələr əldə edib. Gələcəkdə artıq Azərbaycanla bağlı zehni yüklü məhsulların buraxılması tamamilə gözləniləndir. Artıq Gəncə avtomobil zavodu, Neftçalada “Xəzər” adlı minik avtomobillərini buraxılması və digərlərinin hamısı Azərbaycan iqtisadiyyatında texnoloji yüklü məhsulların durmadan artdığını göstərir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm