5 min erməni Qarabağda döyüşməkdən İMTİNA ETDİ: Paşinyana ŞOK - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

5 min erməni Qarabağda döyüşməkdən İMTİNA ETDİ: Paşinyana ŞOK - FOTO/VİDEO

Dekabrın 14-də Gürcüstanın Ermənistanla sərhəddindəki Ninoçminda-Bavra nəzarət-keçid məntəqəsində yaşı 27-dək olan erməni gənclər etiraz aksiyası keçiriblər.

Publika.az news.am saytına istinadən xəbər verir ki, onlar Rusiyadan evə qayıdan zaman çətin vəziyyətə düşdüklərini bildiriblər.

İkili vətəndaşlığa və Ermənistan pasportuna malik olduqlarını deyən aksiyaçıların sözlərinə görə, indi onları ya məcburən Ermənistan ordusunda xidmətə çağıracaqlar, ya da bundan imtina etsələr, 5 il həbs cəzası alacaqlar. Etirazçılar bildiriblər ki, təxminən 5000 nəfər hazırda bu səbəbdən axtarışdadır.

Nümayişçilər etiraz aksiyasını məsələnin qəti həlli üçün Ermənistanın polis rəisi Valeri Osipyanla İrəvanda görüşmək şərti ilə dayandırıblar.

Qeyd edək ki, Ermənistanda müəyyən səbəblərdən hərbi xidmətdən imtina halları geniş vüsət alıb. Erməni gənclər və onların ailələri, xüsusilə Azərbaycanın işğal altında olan ərazilərdə hərbi xidmətə sərt etiraz edirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm