Nida Xəbər
Rusiya Osetiyanı ilhaq edə bilər: Qarabağ isə… - Şərh
2019-cu il Cənubi Qafqaz üçün ciddi dəyişikliklər ili ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Gürcüstan prezident seçkilərindən sonra avrointeqrasiya prosesinə davam edəcək:
“Bununla bərabər, Rusiya ilə münasibətləri gərginləşdirməməyə çalışacaq. Abxaziya və Cənubi Osetiya ilə sərhədlərdə Rusiya hər an Gürcüstana qarşı provakasiyalar edə bilər. Bu provakasiyalar təkcə hərbi yönlə kifayətlənməz. Krımda olduğu kimi, Cənubi Osetiyada da saxta referendum keçirilə və bu qondarma respublika Rusiya Federasiyasının tərkibində olan Osetiya-Alaniya muxtar respublikasına birləşdirilə bilər. Zatən bunun söhbətləri keçən il boyu gedib. Ruslar Abxaziyanı da özünə birləşdirmək istəyər, sadəcə, abxazlar buna razı deyil. Düzdür, Abxaziyada da demoqrafik problem yaşanır. Yerli xalq abxazlar azalmağa doğru gedir, əvəzində XIX-XX əsrlərdə bu torpaqlara gəlmə ermənilər çoxalır. Abxaziyada da ruslar hər an erməni kartından istifadə edib nəinki gürcülər, abxazların da əlindən bu torpaqları birdəfəlik ala bilər. Gürcü-abxaz müharibəsində Abxaziyada yaşayan ermənilər gürcü əsgərlər və əhaliyə qarşı xüsusi qəddarlıqla seçiliblər".
Politoloq vurğulayıb ki, 2019-cu il Paşinyanın rəhbərliyi ilə yeni erməni iqtidarı üçün də sınaq ili olacaq:
“Paşinyan erməni tarixinə Qamsaxurdiya kimi də, Saakaşvili kimi də düşə bilər. Paşinyan Rusiyanı yanında saxlayıb, demokrat imicini qoruyub, Qərblə isti münasibətlər qurmaq istəyir. Buna nail olmaq çox çətindir. Əgər Paşinyan xalqının ümidlərini doğrultmasa, təzyiqə tab gətirə bilməyib ard-arda səhvlər etməyə başlasa, Ermənistan da gərginlik artacaq bu da ölkədaxili qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan erməniləri ilə Dağlıq Qarabağda yaşayan ermənilər bir-birləri ilə münasibətləri aydınlaşdırmağa başlaya, üstəlik Rusiya bundan istifadə edib bu ölkədə hakimiyyəti dəyişməyə qalxa bilər”.
Politoloq bildirib ki, istənilən halda 2019-u Azərbaycan üçün Qarabağı qaytarmaq yolunda imkan ili kimi görür.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO