Nida Xəbər
“Ermənistanın bu cəhdinə son qoyuldu” – Politoloq
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir sıra məsələlərə vurğu edildi. Bunlardan biri də ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi ilə bağlı idi.
Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, 2018-ci ildə dünyada regional və beynəlxalq aktorların, həmçinin, ayrı-ayrı güc mərkəzlərinin maraqlarının toqquşduğu bir vaxtda Cənubi Qafqazın bu proseslərdən uzaq olmasını düşünmək sadəlövhlük olardı:
“Rusiya və ABŞ arasında planetin az qala bütün nöqtələrindəki yarışma, NATO və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əslində atmaq istədiyi addımlar kiçik dövlətlərdən ağıllı siyasət tələb edir. İl ərzində Azərbaycan istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə bundan əvvəlki illərin siyasətinin davamı olaraq bir sıra dividentlər əldə etdi. 2018-ci ildə Azərbaycan regional dövlətlərlə bundan əvvəlki illərdə əsası qoyulan məqsədyönlü siyasət nəticəsində münasibətlərini daha da inkişaf etdirdi. Qazaxıstan və Belarusun bizim olmadığımız müxtəlif təşkilatlarda mövqeyimizi müdafiə etmələri buna bir misaldır. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan illərlə KTMT ilə manipulyasiya etməyə cəhd edirdi. Ermənistanın bu cəhdinə son qoyuldu".
Z.Məmmədov qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri də Prezident İlham Əliyevin nitqində toxunulan mövzulardan idi:
“Son bir neçə ilə nəzər salsaq görərik ki, Qərb-Azərbaycan münasibətlərində bəzi ziddiyyətlər mövcud idi. Bu ziddiyyətlər Qərbin ölkəmizə qarşı ikili standartlardan çıxış etməsi ilə bağlı idi. Lakin 2018-ci ildə Aİ-Azərbaycan münasibətlərində mülayimləşmə hiss olundu. İyul ayında Brusseldə Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması buna misaldır. Bu münasibətlərin əsasını 1996-cı ildə imzalanmış saziş təşkil edir. 2019-cu ildə tərəflər arasında yeni sazışın imzalanması gözlənilir.
Eyni zamanda ABŞ-Azərbaycan münasibətlərində də getdikcə daha çox yaxınlaşmanın şahidi olacağıq. Barak Obama dövründə müəyyən qədər soyuyan münasibətlərin inkişafı ABŞ-ın regiondakı maraqları üçün çox vacibdir”.
Politoloq bildirib ki, digər vacib vektorlardan biri İsraildir:
“ABŞ-Azərbaycan münasibətlərindəki durum İsrail-Azərbaycan və İsrail-ABŞ münasibətləri ilə dolayısıyla bağlıdır. Bakı üçün mühüm müttəfiq olan İsraillə hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşməsi milli maraqlarımız baxımından çox önəmlidir. Təsadüfi deyil ki, son dövrlərdə İsraildən Bakıya tez-tez rəsmi səfərlərin edilməsinin əsas hədəfi geosiyasi maraqları üst-üstə düşən iki subyektin regional təhlükəsizliyə töhfə verməsidir”.
Müsahibimiz deyib ki, beləliklə 2018-ci ildə Azərbaycan beynəlxalq və regional miqyaslı iqtisadi, nəqliyyat layihələrini reallaşdıraraq Cənubi Qafqazda mövqeyini daha da gücləndirmiş oldu:
“Şimal-Cənub, Şərq-Qərb, TANAP kimi Bakının prinsipial mövqeyi nəticəsində reallaşan layihələr Ermənistanda xüsusi qısqanclıqla müşayiət olunurdu. Bütün bunlar 2018-ci ildə Ermənistanın regional proseslərdən daha da uzaqlaşaraq çıxa bilməyəcəyi bir bataqlığa düşməsi ilə nəticələndi. Eyni zamanda il ərzində beynəlxalq təşkilatlarla və müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrimizi, başqa sözlə, siyasi mövqeyimizi gücləndirəcək addımlar atmış olduq”.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Dövlət başçısı il ərzində əldə edilən uğurlardan danışıb, gələcək planlara toxunub.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO