Qarabağa ermənilər nəzarət etmir - Voronenko
Bizi izləyin

Nida Xəbər

Qarabağa ermənilər nəzarət etmir - Voronenko

Əgər Ukraynada keçiriləcək prezident seçkisini Yuliya Timoşenko və ya Yuri Boyko udsa, Ukrayna-Azərbaycan münasibətləri daha yaxşı və dinamik inkişaf etdiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib.

“Hər iki siyasətçi praqmatikdir. Onlar bunu piar etməyəcəklər, amma yüz faiz bizim iqtisadiyyatlarımızın qarşılıqlı faydası üçün çalışacaqlar. Doğrudur ki, bu iki siyasətçi fərqli ideoloji baxışa sahibdir, amma bununla belə, onların ikisi də Bakı ilə münasibətlərin inkişafının vacib olduğunu anlayır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Krım və Donbasda baş verənlərin təkrarlanmaması və səhvlərin buraxılmaması üçün Kiyev öz təcrübəsiylə Bakıya yardım edə bilər.

O, həmçinin, Qarabağ məsələsinin 2019-cu ildə həll ediləcəyinə inanmadığını söyləyib:

“Bəzi nüanslar var ki, buna xüsusi ümid bəsləməyə imkan vermir. ABŞ çalışacaq belə işlərə daha az müdaxilə etsin, Rusiya isə öz mövqelərini əldən buraxmaq istəməyəcək. Ermənistan hər zaman Moskvanın təsiri altında olub. Orada nə baş verməyindən asılı olmayaraq, hər şey Rusiyanın nəzarətindədir. Rusları nə isə razı salmırsa, İrəvan dərhal silkələnir. Məsələ ondadır ki, İrəvanın özü Qarabağı nəzarətdə saxlamır. Anlamaq lazımdır ki, onlara bu nəzarət üçün böyük dəstək lazımdır. Siyasi və iqtisadi baxımdan onlar tam olaraq Rusiyanın nəzarətindədirlər. Ona görə də Ermənistandakı dəyişikliklər birbaşa Rusiya ilə bağlıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm