Nida Xəbər
Rauf Zeyni: "Emin Hüseynov qardaşının problemindən şou düzəldir"
"Xalqımızda belə düşüncə var, Allah hamının qapısını açıq eləsin. Heç kəs istəməz ki, kimsə artıq müddətdə həbsdə qalsın, kiminsə haqqı tapdansın, hər hansı problemin, bədbəxtliyin üzərində xoşbəxtlik qurmaq bizim işimiz deyil, o, Emin kimi adamların işidir. Emin Hüseynov dəstək, hansısa imkanlar, qrant əldə etmək üçün qardaşının problemindən Avropada şou düzəldir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Rauf Zeyni Emin Hüseynovun Avropa Parlamentinin üzvlərinə müraciətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Emin Hüseynovun iddiaları əsassızdır: “İnsan hüquqları müdafiəçiləri, vətəndaş cəmiyyətinin nümayəndələriyik, 30 ildir Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə xidmət edən insanlarıq, bizim nə marağımız var ki, kiməsə yalan məlumat verək. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri olaraq istintaq təcridxanasında Mehman Hüseynovla görüşdük, mətbuata ilkin informasiyaları çatdırdıq. Təəssüflər olsun ki, qardaşı Emin Hüseynov kimi düşünənlər bizi başqa maraqlardan çıxış eləməkdə ittiham elədi. Amma bizdən sonra Mehmanın əlyazması yayıldı, beynəlxalq təşkilatlar gedib onunla görüşüb eynilə bizim dediyimizi təsdiq elədilər ki, Mehman Hüseynov aclığı çoxdan dayandırıb. O, 2018-ci ilin dekabrın 26-30-da aclıq edib, bu, ötən ildə olub, bu ilə aidiyyatı olmayan bir şeydir. Bu məsələni siyasiləşdirməyə, müəyyən məqsədlərə görə istifadə etməyə çalışırlar. Emin də, Fransanın Xarici İşlər Nazirliyi də gedib öz işləri ilə məşğul olsunlar, qoy, biz öz vətəndaşımızın problemini həll edək”.
Rauf Zeyni vurğulayıb ki, Azərbaycan kimi yeni müstəqilliyini əldə etmiş dövlətləri daim təzyiq altında saxlamaq məqsədilə müxtəlif mərkəzlər tərəfindən təhdidlər irəli sürülür, ikili standartlarla yanaşılır: “Bununla nələrsə əldə etməyə çalışırlar. Bu gün ölkəmizdə Fransada insan hüquqlarına dair ictimai dinləmələr keçirildi. Çıxışçıların hər biri söylədi ki, dünyaya demokratiya dərsi keçməyə ehtiyac yoxdur. Bu il cənab prezidentin sərəncamı ilə böyük mütəfəkkirimiz İmadəddin Nəsiminin şərəfinə “Nəsimi İli” elan olundu. Bu da dünyaya bir mesajdır, biz Nəsimiləri, Nizamiləri dünyaya vermiş xalqıq, bizə mənəviyyat, demokratiya, fəlsəfə dərsi demək lazım deyil. Ermənistanda selfi çəkdirən Fransa Prezidenti Emmanuel Makron gərək ümumiyyətlə, işğalçı ölkənin ərazisinə qədəm qoymasın və bununla göstərsin ki, doğrudan da demokratik dəyərlərə sadiqdir. İşğalçı ölkədə 4 olub edib selfi çəkdirib sonra da Azərbaycanla bağlı münasibət bildirir, insanda bunun üçün mənəvi haqq olmalıdır”.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO