Ermənilər Avropa Parlamentini ələ almaq üçün pul, şantaj, qadından istifadə edir - Deputat
Bizi izləyin

Nida Xəbər

Ermənilər Avropa Parlamentini ələ almaq üçün pul, şantaj, qadından istifadə edir - Deputat

“Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmək üçün bəhanə axtarır. Əslində qətnamə qəbul etdikləri situasiyanın özü mürəkkəbdir və buna əsas vermir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Avropa Parlementinin qəbul etdiyi qətnamənin əsası yoxdur:

“Çünki Mehman Hüseynov özü müraciət yayaraq aclıq aksiyasını dayandırdığını, hər hansı probleminin olmadığını deyib. Özü bu məsələdə heç bir addım atmır, amma kənardan onunla bağlı ciddi məsələlər gündəmə gətirilir. Halbuki, Mehman Hüseynova qarşı cinayət işi də açılmayıb, sadəcə araşdırma aparılır. Bu məsələdə açıq-aşkar görünür ki, məsələni məqsədyönlü şəkildə qabardaraq, mürəkkəbləşdirərək, qərarların qəbul edirlər. Bu, yanlış bir yanaşmadır. Daha fundamental məsələlər üzərində dayanmaq olardı”.

Millət vəkili Avropa Parlamentinin bu yanaşmasının qərəzli olduğunu deyib:

“Mehman Hüseynovla bağlı məsələ tam aydınlaşmamış qərar qəbul edilir, Avropa Şurasında müzakirəyə çıxartmaq təklif edilir. Bu, Ermənistanla bağlı müəyyən məsələlərdən diqqqəti yayındırmağa yönəlmiş addım ola bilər. Mehman Hüseynovla bağlı konkret qərar qəbul edilsəydi, məsələ müzakirəyə çıxarıla bilərdi. Hazırkı durumda belə ajitaj yaratmaq doğru deyil. Bu hadisədən sui-istifadə etmək doğru deyil. Məsələdən məqsədyönlü istifadə edildiyi isə gerçəklikdir. Avropa Parlamentinin tələsik belə qərar qəbul etməsinin nə mənası var? Ortada sadəcə bir iddia var, bu məsələ araşdırılır. Bu, süni ajiotaj Mehman Hüseyovun da xeyrinə deyil. Bu qərar Azərbaycana münasibətdən irəli gəlir. Ermənilər Avropa Parlamentini ələ almaq üçün “konyak diplomatiyası”, pul, şantaj, qadından istifadə edir, bu məsələdə heç bir fikir bildirilmir. Azərbaycanla bağlı isə heç bir əsas olmadan müəyyən addımlar atılır. Bu qərarlar həm də Ermənistanın fəaliyyətini kölgələmək üçün Azərbaycana yönələn ittihamlardır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm