Nida Xəbər
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edildi
Yanvarın 18-də İqtisadiyyat Nazirliyində Azərbaycan tarixinin qanlı, eyni zamanda, şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, qurumun aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar hadisələrindən danışaraq, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə mübarizliyini daha da artırıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qətliamın təşkilatçılarını qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini vurğulayıb. Məhz Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul edir, şəhidlərimizin xatirəsinin anılması üçün hər il dövlət səviyyəsində Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.
Sonra tarixçi alim Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edib.
İqtisadiyyat Nazirliyinin əməkdaşı Ülkər Manafova vurğulayıb ki, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan 20 Yanvar hadisələri yaddaşlardan silinməyəcək, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq.
Tədbirdə faciəyə həsr olunan "Müqəddəs Məkan" filmi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında 20 Yanvarla bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı