Nida Xəbər
Qorbaçov və komandası... - Millət vəkili
20 Yanvar 1990-cı il gecəsi Bakıda və Azərbaycan rayonlarında baş verənlər SSRİ hakmiyyətinin Azərbaycan xalqına qarşı cinayəti idi.
Publika.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarına iddiasına cavab vermək yerinə Mixail Qorbaçov və komandası dinc sakinləri gecə ilə gülləbaraban etdilər.
"Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaqdır", - millət vəkili qeyd edib.
-
Sosial13:20
Azərbaycanda bu mənzillər UCUZLAŞACAQ
-
Hadisə12:48
Sumqayıtda yaşayış binasında yanğın: 5 nəfər təxliyə edildi - VİDEO
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...
-
Sosial11:00
Xarici investorlar Azərbaycanın tikinti sektorunda: Nə gözlənilir?
-
Sağlamlıq10:40
Bu saatlarda alma yemək olmazmış - İnanılmaz zərərləri ortaya çıxdı
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi