Nida Xəbər
YAP rəsmisi: "Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır"
"Bir bloger haqqında məsələni şişirdərək, Azərbaycana qarşı istifadə edirlər. Guya Avropa Parlamenti qətnamə qəbul edib. Həmin müzakirələrə baxanda görürsən ki, iclasda 751 deputatdan cəmi 30-u iştirak edir. Çıxışlara baxanda görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmir".
Bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"O yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Onlar məsələdən bixəbərdir. Bu, bir daha onun qurulma iş olduğunu göstərir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Orada çıxarılan qərarlar, sənədlər elə orada da qalır. Orada tək Azərbaycanla bağlı deyil, digər ölkələrlə bağlı da ikili standartlı, yüzlərlə bu tipli, çoxlu sayda qətnamə var. Əgər Avropa Parlamenti problem axtarırsa, problem onların elə özündədir. Elə Avropa ölkələrində baş verən hadisələrə baxın. Orada insan hüquqları pozulur", - deyə YAP rəsmisi vurğulayıb.(Report)
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO