Nida Xəbər
Azərbaycanın vətəndaş cəmiyyətləri Avropa Parlamentinin qərəzli mövqeyinə etiraz edir
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi Avropa Parlamentinin qərəzli mövqeyinə etiraz edib.
Publika.az xəbər verir ki, Birlik bununla bağlı Avropa Parlamentinə bəyanat ünvanlayıb: “Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞ PA, nə Avropa Parlamenti, nə ATƏT, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın nüfuzlu KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.
Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu “siyasi məhbus” elan edərək qətnamələr qəbul edən Avropa Şurası, eləcə də digər qurumlar, görəsən, Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar?"
Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar: "Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirir və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların susması sadəcə təəssüf hissi doğurur.
Biz vətəndaş cəmiyyətinin üzvü olaraq sizin kimi mötəbər təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsə, hər bir xalqa, hər bir dövlətə yanaşma eyni olmalıdır. Bu vətəndaş cəmiyyətinin təməl prinsipidir”.
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO