Nida Xəbər
Ekspertdən beynəlxalq təşkilatlara çağırış - Ermənistanı “unudursunuz”
Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, tanınmış ekspert Elməddin Muradlı Ermənistanın “Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın 52 günlük açlıq aksiyasından sonra ölümünə beynəlxalq təşkilatların susqun yanaşmasını pisləyib.
Publika.az xəbər verir ki, ingilis dilində Avropa Parlamentinin rəhbərliyinə və üzvlərinə ünvanan müraciətdə Elməddin Muradlı bildirib ki, bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb: "M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət edib, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bir neçə ay öncə isə Avropa Parlamenti rəsmilərinin qurumun yekdilliklə Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalanmasını təsdiqləməsi ərəfəsində, bu ölkədə Tsesna Çerer adlı bir siyasi hərəkatın 70-ə yaxın üzvü həbsdə olduğu bir dövrdə, başqaları üçün də demokratiya nümunəsi olaraq göstərdiyi Ermənistanda siyasi fəaliyyətinə görə təqib olunan məhbus keçirdiyi aclıq aksiyası nəticəsində ölüb. Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəriciləridir. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatlar susur. Halbuki Ermənistanda yaşanan proseslər beynəlxalq qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan beynəlxalq qurumlar baş verən hadisəni, siyasi baxımdan beynəlxalq qurumları ələ salmanı, insani baxımdan isə böyük faciəni sükutla qarşılaya bilməz".
Müraciətdə həmçinin qeyd edilir: "Avropa Parlamenti yanvar ayının 17-də azərbaycanlı bloqer Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etdi. Qətnamədə Mehman Hüseynovun guya aclıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunur, Azərbaycan asılıb-kəsilir, hədə-qorxu gəlinirdi. Təkrar edirik: Olmayan aclığa, olmayan həbs qərarına görə.
Bu gün biz vətəndaş cəmiyyətinin təmsilçisi olaraq soruşuruq: demokratik Qərbdən, beynəlxalq təşkilatlardan Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməməzliyə vurur?
İkili yanaşma nə vaxta qədər davam edəcək? Bu qədər ayrı-seçkiliyi seziləcək həddə qədər niyə nümayiş etdirirsiniz? Axı, Azərbayxcana münasibət bir tərəfə, burada bir insanın taleyindən söhbət gedir".
Müraciətdə mötəbər təşkilatların ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılanır, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsi tələb edilir:
"Heç istəməzdik ki, bu qurumların fəaliyyətinin böyük lobbi və maliyyənin əlində oyuncaq olduqları obrazı yaransın. Bu qoca qitəyə, demokratik Qərbə yaraşan obraz deyil. Haqqı, ədaləti, insan hüquqlarına hörməti nümayiş etdirin!
Ümid edirik ki, bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmasa bir dəfə, real fakta görə sadiq qalacaq, Avropa məkanına daxil olmağa can atan, (başqa bir ölkənin ərazi bütövlüyünü pozmuş işğalçılığı bir tərəfə qoyaq) öz vətəndaşına qarşı repressiya, siyasi terror edən ölkəyə qarşı adekvat qiymət verəcəksiniz".
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı