Nida Xəbər
Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Parlamentinə etiraz edir
Avropa Parlamentinin yanvarın 17-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkədə vətəndaş cəmiyyətinin kəskin etirazına səbəb olub.
Publika.az xəbər verir ki, bununla əlaqədar olaraq, yüzlərlə QHT bəyanat verib, mətbuatda çıxış edibş, Avropa Parlamentinə və ayrı-ayrı-ayrı deputatlara məktublar ünvanlayıb.
700-dən çox təşkilatın birləşdiyi Milli QHT Forumunun və həmin koalisiyada olmayan onlarla QHT-nin bəyanatlarında Avropa Parlamenti tərəfindən Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətə düzgün qiymət verilmədiyi, hadisələrə ikili standartlar və anti-Azərbaycan dairələrin mövqeyindən yanaşıldığı bildirilib. Ermənistanın keçmiş və indiki hakimiyyəti dövründə həmin ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasına, hələ də həbsxanalarda siyasi məhbusların saxlanılmasına, onlardan bəzilərinin aclıq aksiyası keçirərək vəfat etməsinə, dinc nümayişlərin gülləbaran edilməsinə, siyasi qətlllər törədilməsinə və s. hallara qarşı Avropa Parlamentinin indiyədək heç bir münasibət bildirməməsi xüsusi qeyd olunub, bunların haqlı olaraq həmin qurumun obyektivliyinə inamsızlıq doğurduğu diqqətə çatdırılıb.
QHT-lərin bir çoxu öz etiraz müraciətlərini Avropa Parlamenti ilə yanaşı digər beynəlxalq təşkilatlara, o cümlədən ATƏT və Avropa Şurasının əsas strukturlarına, BMT-nin insan hüquqları üzrə komissarına və Helsinki Komissiyasına da göndərib.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO