Nida Xəbər
Artur Rasizadə İLK DƏFƏ DANIŞDI: Vaxtımın çoxunu bununla keçirirəm

"Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrim ilə oynayıram və onları bir həftə görməyəmdə darıxıram”.
Bu sözləri Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadə söyləyib.
O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir: "Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm.
Artur Rasizadə nəticələri haqqında da danışıb: "Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən bütün günümü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun! Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər".
Artur Rəsizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağolun ki, mənimlə maraqlandınız. İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam".
Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə ölkəmizin ən peşəkar iqtisadçılarından sayılır. (azxeber.com)

-
Qoroskop00:30
Günün ULDUZ FALI: pul mübahisə mənbəyinə çevrilə bilər
-
Magazin100:23
"Normal qadın efirdə özünə ər axtarmaz" - VİDEO
-
Magazin14 Fevral 23:48
Fərqanə Qasımova ilə kürəkənindən maraqlı ifa - VİDEO
-
Magazin14 Fevral 21:40
Manaf Tünzalənin məzar daşı üçün pul göndərdi - Ülviyyədən şok sözlər
-
Magazin14 Fevral 21:00
Səidə dərin sinə dekolteli, uzun yarıqlı libasda: "Kef elə, bacı..." - FOTO/VİDEO
-
Sosial4 Fevral 20:48
Laçında tikiləcək turizm mərkəzi belə olacaq - FOTO
-
Sosial4 Fevral 20:24
Vasif Talıbova verilmiş ordenlər geri alınır? - ŞOK İDDİA
-
Kriminal4 Fevral 20:00
Şəmkirdə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT/YENİLƏNDİ