Nida Xəbər
Gəncədə 100 illik yubiley - FOTO
Gəncə şəhərində Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin Gəncə şəhər idarəsinin rəisi Əli Əliyev, “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sədri Şamil Süleymanov iştirak ediblər.
Tədbirdə çıxış edən Niyazi Bayramov bildirib ki, hər bir ölkənin inkişafında təhlükəsizlik, sabitlik çox mühüm rol oynayır. O cümlədən Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafına çox böyük töhfə verən amillərdir. O qeyd edib ki, bu gün Dövlət Təhlükəsizlik Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətində öz tarixinin şərəfli səhifələrini yazır. Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmət göstərir. Niyazi Bayramov 100 illik yubiley münasibətilə dövlət təhlükəsizlik xidmətinin bütün şəxsi heyətini, veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.
DTX-nin Gəncə şəhər idarəsinin rəisi Əli Əliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizlik Xidməti hazırda öz inkişafında yeni mərhələyə qədəm qoyub. Dövlət Təhlükəsizlik Xidmətinin keçdiyi tarixi yola nəzər salan Əli Əliyev qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür.
“Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sədri Şamil Süleymanov bildirib ki, Azərbaycanın təhlükəsizlik xidmətinin yaradılmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər ölkənin bir çox şəhər və rayonlarını əhatə edir. Bu tədbirlərin keçirilməsinin mahiyyətindən danışan Şamil Süleymanov qeyd edib ki, əsas məqsəd bölgələrdə görüşlər təşkil etmək, ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarındakı fəaliyyəti barədə gənc nəsli məlumatlandırmaqdır. O, ölkənin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən söz açıb, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Niyazi Bayramov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin şəxşi nişanı və Fəxri fərmanı ilə təltif edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Gəncə şəhərinin ictimai həyatında və təhlükəsizliyinin təmin edilməsində fərqləndiklərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər idarəsinin bir qrup əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyətinin “Fəxri Fərman”ına layiq görülüb.
Tədbirdə həmçinin ümummili lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO