Nida Xəbər
Azərbaycan və Ermənistan arasında SÜLH SAZİŞİ... - ABŞ-dan SENSASİON İDDİA
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması fürsəti yaranıb. Uzun illərdir davam edən nəticəsiz danışıqlardan sonra həllə yol aça biləcək dəyişikliklər diqqət çəkir.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetinin analitik materialında bildirilib.
Məqalədə bir il əvvəl Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə yol aça biləcəyinə toxunulub:
“Bölgədə baş verən müsbət dəyişikliklər münaqişənin həlli ehtimalını artırır. Son zamanlarda cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının azalması da bundan xəbər verir. Üstəgəl, tərəflər bir-birinə qarşı azalan təhdidedici bəyanatları və münaqişənin həlli prosesinə dəyişən baxışları da müharibə ehtimalını zəiflədən, sülh sazişinin imzalanması ehtimalını yüksəldən faktorlar arasındadır”.
Görülən işlər, tərəflərin müzakirələri davam etdirmək istəyi də bura daxildir”.
Məqalədə qeyd edilib ki, münaqişə tərəflərinin qısa müddətli anlaşmalar yerinə, həll prosesinin sürətləndirilməsinə yönəlik işbirliyi qurmaq səyləri məsələnin dinc yolla həllinə kömək edəcək: “Digər yandan, münaqişənin həllinə təkan verə biləcək vasitəçilərin də prosesə cəlb edilməsi, Ermənistan və Azərbaycan arasında düşmənçiliyi azalda bilər”.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."