Nida Xəbər
Gömrükçülərə xidmətə hazırlıq təlimləri keçirildi - FOTO
Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşlar üçün növbəti hazırlıq təlimləri başa çatıb.
DGK-dən Publika.az-a verilən məlumata görə, akademiyada təşkil edilən təlimlərin dinləyicilərinin beş həftə ərzində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.
Tədbirdə iştirak edən DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan Prezidenti İlham Əliyevin dövlət təhlükəsizliyi və vətəndaş məmnunluğunu aidiyyəti orqanların fəaliyyətində prioritet istiqamət kimi qarşıya qoyduğunu vurğulayıb. Komitə sədrinin müavini qeyd edib ki, öz növbəsində Dövlət Gömrük Komitəsi vətəndaş məmnunluğunu təmin etmək strategiyasını həyata keçirir.
Akademiyanın rəisi Qulu Novruzov təlimlərin gömrük xidməti əməkdaşları üçün daha səmərəli, məzmunlu və praktiki olması üçün Akademiya tərəfindən bütün müvafiq işlərin görüldüyünü, təlimlərin məzmununun təkmilləşdirildiyini bildirib. Akademiyanın rəisi dinləyicilərin həm texniki nəzarət vasitələri, həm VAİS üzrə, həm də digər sahələrlə bağlı biliklər qazandıqlarını deyib.
Sonra dinləyicilərin nəzəri və praktiki biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.
Eyni zamanda, texniki nəzarət vasitələrinin xidməti otağında texniki vasitələrdən istifadə etməklə, gömrük nəzarəti formalarının tətbiqi ilə real şəraitə yaxın vəziyyətlərdə müvafiq stimulyasiyalar dinləyicilər tərəfindən nümayiş etdirilib.
Qeyd edək ki, bugünədək Akademiyada xidmətə ilkin hazırlıq təlimlərində 237 gömrük əməkdaşı iştirak edib.
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?