İlham Əliyevdən Putinə MARAQLI TƏKLİF: Arzu tutun...
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevdən Putinə MARAQLI TƏKLİF: Arzu tutun...

Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun toplantısının nəticələrinə həsr olunmuş gecədə iştirakçılara dövlətlər arasında qarşılıqlı anlayış yolunda uğur qazanılması şərəfinə badə qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.

Bu zaman Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu – Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin arasında dayandığı üçün arzu tutmağı təklif edib.

“Mənim arzum budur ki, bizim işimizin nəticəsi real siyasətdə praktik fayda gətirsin. Bizim müzakirələrimiz müxtəlif ölkələrin mövqelərini və onların ən vacib qlobal problemlərə yanaşmalarını daha yaxşı anlamağa kömək olsun. Biz hamımız həmin problemlərin həllində maraqlıyıq”, - Putin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm