Zelenski Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Zelenski Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Ukrayna Prezidenti daha sonra dekabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Vladimir Zelenski Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm