MSK bu məntəqələrin də nəticələrini LƏĞV ETDİ
Bizi izləyin

Nida Xəbər

MSK bu məntəqələrin də nəticələrini LƏĞV ETDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 32 saylı Suraxanı seçki dairəsindən daxil olmuş şikayətə baxılıb.

Publika.az xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bildirib ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Fikrət Cəfərli və digər bir namizəd MSK-ya şikayət edib.

Onun sözlərinə görə pozuntu aşkar edilmiş məntəqələrin sayı üçdür:

“Bunlar 4, 8 və 9 saylı seçki məntəqələridir. Bu məntəqələrdə seçicilərin iradəsini ifadə etməsi mümkün olmayıb”.

Daha sonra 3 məntəqədə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm