Nida Xəbər
"Prezidentin atdığı addımlar bir-biri ilə sıx bağlı olan böyük tarixi əhəmiyyətli hadisələrdir" - Musa Qasımlı
“Biz bir toplum olaraq dövlətimiz qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox olanda və türk dünyası birlikdə hərəkət edəndə irəli getmişik”.
Publika.az-ın məlumatına görə, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, görkəmli tarixçi alim Musa Qasımlı sosial media hesabında belə yazıb. O qeyd edib ki, son günlərdə cənab Prezident İlham Əliyevin atdığı aşağıdakı addımlar bir-biri ilə sıx bağlı olan böyük tarixi əhəmiyyətli hadisələrdir: Bunlardan birincisi, Mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin rəmzi olan Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilərək qoyulduğu yeni tikilmış parka gedərək çiçək dəstəsi qoyması, xatirəsini yad etməsidir. İkincisi, 6-cı çağırış Milli Məclisin açılışında etdiyi möhtəşəm nitqində Azərbaycanın və türk dünyasının inkişafına dair fikirləridir.Üçüncüsü, böyük xeyriyyəçi Hacı Zaynalabdin Tağıyevin abidəsinin hazırlanmasına dair imzaladığı sərəncamdır. Dördüncüsü, türk dünyasının bir parçası olan qardaş Türkmənistan ilə bir zamanlar soyuq olan qarşılıqlı münasibətlərin cənab Prezidentimizin səyləri ilə normallaşdırılması və inkişafının davamı kimi Prezident Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəridir. Cənab Prezidentimizin bu addımları təkcə bir- biri ilə bağlı deyil, eyni zamanda millət olaraq bizim üçün Strateji Yol Xəritəsidir. Onun da çox qısa mənası belədir: Dövlətimiz daim qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox, türk dünyası birlikdə olmalıdır. Bunlar bizim dirilik və inkişaf formulumuzdur. Ölkəmizdəki televiziya kanallarında bu dörd tarixi hadisənin birlikdə, üzvü əlaqədə təhlil ediləcəyi dərin analitik proqramların hazırlanması ictimaiyyət üçün faydalı olardı...
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?