Nida Xəbər
Əlahiddə Ümumqoşun Ordunun dağlıq bölmələrində möhkəm müdafiə potensialı yaradıldı
Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan bölmələrin tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür. Bütün bunlar da döyüş növbətçiliyinin uğurlu təşkilinə müsbət təsir göstərir.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri öyrədilir, ərazinin relyef və iqlimi haqqında məlumat verilir, eləcə də təhlükəsizlik qaydaları çatdırılır.
Bu gün Azərbaycan əsgəri peşəkar döyüşçü kimi Hərbi Andın və nizamnamələrin tələblərinə əməl edir, dövlətin qayğısını hər zaman üzərində hiss edərək və xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır.
Sabitlik şəraitində yaşayan xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir.
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO