Prezidentin vəzifədən kənarlaşdırdığı 68 yaşlı icra başçısı kimdir? – DOSYE
Bizi izləyin

Nida Xəbər

Prezidentin vəzifədən kənarlaşdırdığı 68 yaşlı icra başçısı kimdir? – DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayılov Nazim Mehdi oğlu Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, N.İsmayılov 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.

O, Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.

1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor,

1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri,

1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri,

1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini,

1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,

1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini,

1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,

2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı,

2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı,

2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,

2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

68 yaşlı N.İsmayılov Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvüdür. Ailəlidir, 3 övladı, 4 nəvəsi vardır.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkləri barədə məlumatlar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm