Baş prokurorun yeni köməkçiləri kimdir? - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Baş prokurorun yeni köməkçiləri kimdir? - YENİLƏNDİ

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Bildirilib ki,B Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanıb.

O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olub, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirib.

Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülüb. İngilis, fransız və rus dillərini sərbəst bilir.

Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.

Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil alıb.

O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləyib.

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak edib.

Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.

xxx

18 may 21:58

Baş prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.

Publika.az sabah.az-a istinadlar xəbər verir ki, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları Emin Nəsibov və Elnur Musayev Baş prokurorun köməkçisi vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə bütün köməkçilərini vəzifədən azad etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm