Milli Məclisin iclası başladı - Rəhbərlik iclasa maska ilə gəldi - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin iclası başladı - Rəhbərlik iclasa maska ilə gəldi - (YENİLƏNİR)

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa sədrliyi spiker Sahibə Qafarova edir.

İclasda spikerin qoruyucu maska taxması diqqəti cəlb edib.

Vitse-spiker Fəzail İbrahimli isə deyib ki, Milli Məclis sədri iclası apardığı üçün maska ona çətinlik yaradacaq: "Təklif edirəm, siz iclas apardığınız müddətdə maskadan istifadə etməyəsiniz”.

Gündəlik təsdiq edildikdən sonra deputatlar iclasa başlayıb.

xxx

09:57

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxildir.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsini, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsini, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsini, həmçinin "Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, Mülki Məcəlləyə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm