XİN-in sabiq idarə rəisi barəsində QƏRAR VERİLDİ
Bizi izləyin

Nida Xəbər

XİN-in sabiq idarə rəisi barəsində QƏRAR VERİLDİ

Bu gün Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb

Faiq Bağırov Səbail rayon məhkəməsinə gətirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılıb, Faiq Bağırovun ev dustaqlığına buraxılması qərarı qəbul edilməyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F.Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli biliir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm