Ermənistan beynəlxalq hüququ ayaqlar altına atır - Nəsrin Süleymanlı
Bizi izləyin

Nida Xəbər

Ermənistan beynəlxalq hüququ ayaqlar altına atır - Nəsrin Süleymanlı

“BMT-nin muzdlu döyüşçülərin istifadə edilməsini qadağan edən qətnaməsi var. Amma bildiyim qədər Ermənistan bunu imzalamayıb, Azərbaycan bunu imzalayıb”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı Dağlıq Qarabağda ermənilər tərəfdən muzdluların döyüşməsi ilə bağlı danışarkən deyib.

N.Süleymanlı bidirib ki, ermənilər özləri muzdlu döyüşçülərin olduğunu təkzib edirlər: “Sadəcə, Azərbaycan tərəfində muzdluların döyüşdüyünü göstərməyə çalışırlar. Hətta belə feyk videoroliklər də yayılıblar. Amma neytral bir jurnalistin, tədqiqatçının bir yazısını misal gətirmək istəyirəm ki, heç bir şəkildə orada Suriyadan və yaxud xüsusən qeyd etdikləri PKK nümayəndərləri gələ bilməz. Ən azından ona görə ki, müsəlmanın sünni qolu heç bir şəkildə şiə qoluna dəstək verə bilməz. Ona görə də onun yazdığının təsdiqi olaraq bunu xüsusi bir mənbə kimi göstərə bilərik”.

N.Süleymanlının sözlərinə görə, ermənilər tərəfdə muzdluların döyüşməsini beynəlxalq aləmin görməzdən gəlməsinin bir çox səbəbi var: “Məsələn, bəzi tədqiqatçılar göstərir ki, bu, xarici ölkələrdə erməni lobbilərinin olması ilə əlaqədardır. Bəli, ola bilər ki, Ermənistan diasporunun rolu var. Mən onu daha çox belə şərh edə bilərəm ki, informasiya məkanı daha çox ermənilərin əlindədir. Bununla bağlı mənim tədqiqat işim də olmuşdur. Mən onu dəfələrlə qeyd etmişəm ki, xüsusən də Amerikaya, yaxud ərəb ölkələrinə köçən ermənilərin birinci nəsli yox, ikinci nəsli siyasi sferaya daxil olublar. Çalışıblar ki, siyasi sfera, informasiya məkanlarını ələ alsınlar. BBC kanalını idarə edənlərdən biri ermənidir. CNN, İTAR-TAS ermənin əlindədir. Yəni ön cəbhənin istiqamətlənməsi üçün informasiya məkanı əsas rol oynayır. Arxa planda informasiya məkanında ermənilər bizdən qabaqdadır. Biz hələ təzə formalaşırıq, addımlar atırıq. Ermənilərdə bu məsələ çoxdan formalaşıb”.

Əslində, Ermənistan bütün dövrlərdə xarici ölkələrdən olan muzdlular və terrorçulardan Azərbaycana qarşı istifadə edib və bu gün də xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edir. Bildiyimiz kimi, bunu qanuniləşdirmək üçün də Ermənistan qanunvericiliyə dəyişikliklər edib. Halbuki, Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nda da qeyd olunur ki, “Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər”. Baxmayaraq ki, Ermənistan da BMT-nin üzvüdür, ancaq digər beynəlxalq hüquq və normalarına əməl etmədiyi kimi, buna da əməl etmir. Beynəlxalq aləm isə sanki bunu görmür.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm