Nida Xəbər
Səfirlik kanadalı senator və deputata etirazını bildirdi
"Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhin İcmalar Palatasındakı çıxışını qətiyyətlə pisləyirik".
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı Səfirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir: "Təəssüf ki, hər iki çıxış Azərbaycan əhalisinə qarşı soyqırım siyasətini və müharibə cinayətlərini dəstəkləməklə yanaşı, həm də Kanada və Azərbaycan qanunvericiliyinə ziddir. Gurratan Singh və Leo Housakos işğal olunmuş Azərbaycan torpaqlarından didərgin düşmüş 1 milyondan çox məcburi köçkün və qaçqınların sahib olduğu fundamental demokratik və insan hüquqlarına məhəl qoymurlar. Ermənilərin təcavüzkar hərəkətləri beynəlxalq hüququn əsas norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini pozur.
Ermənistan ordusu yüzlərlə mülki şəxslərin ölümü, yaralanması, mülki və təhsil infrastrukturlarının dağıdılması ilə nəticələnən klaster bombalarından istifadə etməyə və bu silahlarla münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məskənlərini atəşə tutmaqda davam edir. Ermənistan atəşkəs rejimini pozmağa davam etməklə qəddar müharibə metodlarına üstünlük verir və əldə olunmuş atəşkəsə əməl etmək niyyəti olmadığını bir daha göstərir.
Bu günə qədər uşaqlar, qadınlar və qocalar daxil olmaqla ümumilikdə 91 mülki şəxs öldürülüb, 392 mülki şəxs ağır bədən xəsarətlərilə xəstəxanalara yerləşdirilib. Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərində həyatını itirən günahsız qurbanlar üçün dua edirik və millət vəkilləri də daxil olmaqla Kanada cəmiyyətinin hər bir üzvünü bu çıxışlara etiraz səsini ucaltmağa çağırırıq".
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər