Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxacağına əminik - Mustafa Rifat
Bizi izləyin

Nida Xəbər

Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxacağına əminik - Mustafa Rifat

Ermənistanın hücumlarına qarşı vuruşan Azərbaycana dəstək vermək üçün Bakıdayıq.

Bunu Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın hücumlarına qarşı qəhrəmanlıqla mübrizə aparan Azərbaycan ordusuna qələbə arzu edir: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa, Azərbaycan xalqına qələbə arzulayıram.

Ermənistanın Azərbaycanda mülki insanlara hücumlarını şiddətlə qınayram. Azərbaycan Ordusunun qazandığı uğurlar bütün Türk dünyasını qürurlandırır. Biz Azərbaycanla əlaqələrə “bir millət iki dövlət” anlayışı ilə baxırıq. Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxacağına əminik. Hər zaman sizin yanınızdayıq, Qarabağ Azərbaycandır!”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm