Nida Xəbər
"Bu layihə geniş ixracat imkanları açır" - Prezident
"Son illər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər çox müsbət məcrada inkişaf edir".
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə bildirib.
“Elə yüksək səviyyədə qarşılıqlı səfərlərin cədvəlinə nəzər salmaq kifayətdir. Son 3 ildə iki ölkə prezidentlərinin 5 qarşılıqlı səfərini görürük. Bu səfərlər çərçivəsində 50-dən artıq sənəd imzalanıb. Tarix boyu bütövlükdə imzalanmış 100-dən artıq sənədin yarısı son üç ilin payına düşür. Sevindirici haldır ki, bu sənədlərin hamısı icra olunur. Bu gün imzaladığımız sənəd Xəzərin karbohidrogen sərvətlərinin istifadəsində yeni səhifə açaraq həm ölkələrimizin, həm də qonşularımızın enerji təhlükəsizliyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu layihə həm də geniş ixracat imkanları açır”, - dövlət başçısı vurğulayıb.(Report)
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ