ABŞ Azərbaycanın BU ADDIMINI ALQIŞLADI
Bizi izləyin

Nida Xəbər

ABŞ Azərbaycanın BU ADDIMINI ALQIŞLADI

ABŞ üç erməni hərbçisinin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin tvitterdəki paylaşımında deyilir.

“Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – ABŞ dövlət katibinin açıqlamasında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda tərk-silah edilmiş üç erməni hərbçisi sərbəst buraxılıb və Yerevana göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm