Azərbaycan Prezidenti Gürcüstana səfər dəvətimi qəbul edib - İrakli Qaribaşvili
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Prezidenti Gürcüstana səfər dəvətimi qəbul edib - İrakli Qaribaşvili

“Gürcüstan və Azərbaycan arasında faydalı əməkdaşlığın uzun tarixi var”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinin də müzakirə olunduğunu bildirib.

İ.Qaribaşvili Azərbaycanın dövlət başçısına səmimi qəbula görə minnətdarlığını ifadə edib: “İlham Əliyev bir neçə ildir Gürcüstana səfər etmir. Mən onu ölkəmizə dəvət etdim. O, Tbilisiyə səfər edəcəyinə söz verdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm