Əli Əsədov Rusiyaya səfər edə bilər
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov Rusiyaya səfər edə bilər

“Biz hər zaman Heydər Əlirza oğlunun bu problemlərin həllində və bütövlükdə Sovet İttifaqının sənaye bazasının yaradılmasındakı xidmətlərini xatırlayırıq. Bu günə gəldikdə isə, prezidentlərin müntəzəm təmaslarından əlavə, hökumət başçıları səviyyəsində də işlər aparılır”.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

“Biz bu ay Azərbaycan hökuməti başçısının Rusiya Federasiyasına səfərini gözləyirik. Tez bir zamanda ortaq dil tapan və mənim zənnimcə, koronavirus infeksiyası dövründə bir qədər aşağı düşən əmtəə dövriyyəsinin bərpa olunması üçün gələcək addımları çox səmərəli razılaşdıran Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə dövlətlərarası komissiya fəaliyyət göstərir. Lakin əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm