Nida Xəbər
Meksika, Kolumbiya və Peru parlamentləri Azərbaycanı təbrik etdi
Meksika, Kolumbiya və Peru parlamentləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə təbrik bəyanatları qəbul edib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun adından verilmiş bəyanatda 28 May – Respublika günü ilə bağlı ölkəmizə təbrik ifadə olunur, Azərbaycan xalqına sülh və tərəqqi arzu edilir. Sənəddə, həmçinin iki ölkə arasında əlaqələrin qarşıdakı illərdə daha da dərinləşəcəyinə ümid dilə gətirilir, habelə Azərbaycanın pandemiyadan daha da güclənmiş şəkildə çıxacağına inam ifadə edilir.
Peru Konqresindəki Peru-Azərbaycan dostluq qrupunun sədri Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında həmin qanunverici orqan tərəfindən qəbul edilmiş təbrik bəyanatında bütün dünya azərbaycanlılarının öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın inkişafına verdiyi tarixi töhfələri yad etmək üçün hər ilin 28 May tarixini Azərbaycanın Respublika Günü kimi qeyd etdiyi bildirilir.
Sənəddə 103 il öncə demokratik prinsip və dəyərlər üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik, dünyəvi və parlamentli respublika olduğu və digər demokratik dünya dövlətləri tərəfindən tanındığı, bütün vətəndaşlarını irq, millət, din və cins ayrı-seçkiliyi olmadan eyni hüquqlarla təmin etdiyi, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkələr arasında qadınlara seçki hüququ verən ilk ölkə olduğu bildirilir və ilk müstəqilliyinin 103-cü ildönümünü qeyd etməsi münasibətilə ölkəmizə təbrik ifadə edilir.
Kolumbiya Senatının Xarici əlaqələr daimi komissiyası və bu palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən qəbul edilmiş, Senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə AXC-nin qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu və xalqın rifahının yüksəldilməsi sahəsində atdığı addımlar haqda məlumat verilir, ilk respublikanın siyasi və mənəvi varisi olan müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında tərəqqi yolunda irəliləməkdə davam edəcəyinə əminlik ifadə olunur və “qardaş Azərbaycan xalqına” Respublika Günü münasibətilə səmimi təbriklər çatdırılır.
Eyni zamanda, sənəddə Azərbaycanın ötən il işğalda olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü bərpa etməsi, BMT TŞ-nin aidiyyəti qətnamələrinin icrasına müvəffəq olması, bölgədə sülhün bərpa olunması və azərbaycanlı məcburi köçkünlərin 30 ildən sonra öz evlərinə qayıtmalarına imkan yaranması alqışlanır, regional əməkdaşlığın canlanması və bölgədə davamlı barışığın təmin edilməsinə yönəlik səylər təqdir olunur.
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq