Ombudsman: "Ermənistan ombudsmanı bir dəfə də əsirlərimizə baş çəkmədi"
Bizi izləyin

Nida Xəbər

Ombudsman: "Ermənistan ombudsmanı bir dəfə də əsirlərimizə baş çəkmədi"

"Hazırda məhkəmə açıq şəkildə keçirilib. Təqsirləndirilən şəxslər həm vəkillə, həm də tərcümə ilə təmin olunublar. Yəni onların hüquqları təmin olunub".

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Xüsusi olaraq qeyd etmək istərdim ki, Ermənistan ombudsmanı bir dəfə də olsun Ermənistanda saxlanılan əsirlərimizə baş çəkmədi, onların vəziyyəti, göstərilən tibbi yardım və qidalanma ilə maraqlanmadı. Altı ilə yaxın bizim iki soydaşımız orada girovluqda saxlanıldı. Bu müddətdə bir dəfə də olsun onların vəziyyəti ilə maraqlanmadı. Əksinə, Ermənistanın ombudsmanı institutun fəlsəfəsinə tamamilə zidd olaraq yalnız siyasi çıxışlarla məşğul oldu", - Ombudsman bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm