Naxçıvanda qoşunların növbəti komanda-qərargah təlimi başladı - FOTO
Bizi izləyin

Nida Xəbər

Naxçıvanda qoşunların növbəti komanda-qərargah təlimi başladı - FOTO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən iyunun 7-də növbəti komanda-qərargah təlimi başlayıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Publika.az-a bildirilib ki, komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib.

Qoşunların gizli və operativ fəaliyyətini təmin etmək üçün mexanikləşdirilmiş, piyada və xüsusi təyinatlı bölmələrin digər qoşun növü bölmələri ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Təlim iyunun 12-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm