• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Əliyevlə Ərdoğandan Şuşada 3 MÜHÜM GEDİŞ: ermənilərə TƏRS ŞİLLƏ

Əliyevlə Ərdoğandan Şuşada 3 MÜHÜM GEDİŞ: ermənilərə TƏRS ŞİLLƏ

Şuşa bəyannaməsinin əsas məqamlarından biri də Qars müqaviləsinə istinad edilməsidir: Bakı və Ankara 100 illik müqaviləni yenilədi.

Beynəlxalq münasibətlərdə dövlət quruluşlarının və reallıqların dəyişilməsi müqavilələrin 100 illiyi tamam olanda qüvvədən düşməsinə əsas verə, yaxud tərəflərdən birinin razılaşmadan imtina etməsinə şərait yarada bilər. Qars müqaviləsinin 100 illiyinə təxminən 5 il qalmış bu məsələ gündəmə gətirildi:

- 2016-cı ildə Rusiyada müəyyən qüvvələr 1921-ci ildə imzalanmış Moskva müqaviləsinin (Qars müqaviləsi Moskva müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində imzalanıb) birtərəfli ləğv edilməsi çağırışları etməyə başladı: Rusiya kommunistləri Putinə və Lavrova bununla bağlı açıq müraciət ünvanlamışdı;

- 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan bu məsələni xüsusilə aktuallaşdırdı, Moskva, həm də Qars müqaviləsini 100-cü ildönümündə ləğv edilməsi istiqamətində kampaniyaya start verdi: erməni diasporu/lobbisi eyni prosesi həm Rusiyada, həm də Qərb ölkələrində də aparırdı;

Əliyevlə Ərdoğan məhz Qars müqaviləsinin 100-cü ildönümündə Şuşa bəyannaməsini imzalamaqla üç gediş etdi:

1. 100 il sonra Qars müqaviləsini yenilədi və onun ləğv edilməsi cəhdlərinin, yaxud perspektivdə mümkün təhlükələrin qarşısını aldı;

2. Bəyannamənin məhz Şuşada imzalanması ilə Naxçıvanda olduğu kimi, Qarabağda da Türkiyə əsas qarantyor ölkəyə çevrildi;

3. Türkiyənin bütövlükdə Azərbaycanın təhlükəsizliyinin zamini olması 100 il sonra rəsmiləşdirildi;

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR