Nida Xəbər
Azərbaycan və İran arasında dənizçilik üzrə anlaşma imzalanacaq
Yaxın gələcəkdə İranla Azərbaycan arasında dənizçilik üzrə anlaşma imzalanacaq.
Bunu İranın "Khazar" Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.
D.Təftinin sözlərinə görə, bu anlaşma əsasən Şərq-Qərb Dəhlizində tranzit üzrə olacaq.
Təfti əlavə edib ki, İran Azərbaycanla birlikdə Şimal-Cənub Dəhlizini aktivləşdirib. Bundan əlavə Şərq-Qərb Dəhlizində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.
Şirkət rəsmisi bildirib ki, Azərbaycan və İran Şərq-Qərb və Şimal-Cənub Dəhlizlərində yerləşirlər və Avropadan daşınan məhsullar bu vasitə ilə Fars körfəzinə nəql olunacaq: “Avropadan Asiya istiqamətində daşınan məhsullar Azərbaycan limanları vasitəsi ilə İran limanlarına nəql olunacaq. İran limanlarından isə şərq ölkələrə, o cümlədən Əfqanıstan və Pakistana daşınacaq”.
Təfti qeyd edib ki, “Khazar” Dənizçilik Şirkəti Cənubi Koreyadakı nümayəndəlik vasitəsi ilə müəyyən infrastrukturlar yaradıb ki, məhsullar birbaşa Cənubi Koreyadan İranın cənub limanlarına daşınsın və oradan dəmiryolu vasitəsi ilə və ya şimal limanları vasitəsi ilə Azərbaycana daşınsın.
Şirkət rəsmisinin sözlərinə görə, tranzit sahəsində müstəqil şəkildə addım atmaq mümkün deyil. Müştərilərə daha yaxşı xidmətlər təqdim edə biləcək hər bir addım bütün orqanlar tərəfindən dəstəklənməlidir. Missal üçün dəmiryolu bir sahədə daha uğurludursa, bütün digər orqanlar, o cümlədən gəmiçilik dəmiryoluna köməklik göstərməlidir ki, tranzit artsın.
Təfti qeyd edib ki, “Khazar” Gəmiçilik Şirkətinin məqsədi limanların potensialından maksimum istifadə etməkdir. (trend)
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO