Soçi görüşünün TAM DETALLARI: Ərdoğan bu məsələləri gündəmə gətirəcək
Bizi izləyin

Nida Xəbər

Soçi görüşünün TAM DETALLARI: Ərdoğan bu məsələləri gündəmə gətirəcək

Sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçiriləcək təkbətək görüşün detalları açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "A Haber" telekenalı məlumat yayıb.

Bildirilir ki, görüş zamanı iki ölkə arasında münasibətlər başda olmaqla, İdlib, M4 quru yolunda birgə patrul fəaliyyəti, bölgədəki köç məsələsi müzakirə olunacaq. Bu mövzular görüşün əsasını təşkil edəcək.

Həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və "S-400"ün ikinci partiyasının alınmasına dair daha öncə keçirilən görüşlər də mözakirə mövzusu olacaq.

Qeyd edilir ki, Türkiyə lideri Soçidə Qarabağdakı son vəziyyət, Naxçıvan dəhlizi və 6-lıq platforması ( red: Ərdoğanın təklif etdiyi altılıq platformasına daxil olan ölkələr - Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İtan və Ermənistan) kimi önəmli məsələləri gündəmə gətirəcək.

Ölkə başçılarının görüşü zamanı Liviya və Əfqanıstandakı son vəziyyət də müzakirə predmeti olacaq.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm