Deputatdan KƏSKİN SÖZLƏR: İranın hansısa generalının...
Bizi izləyin

Nida Xəbər

Deputatdan KƏSKİN SÖZLƏR: İranın hansısa generalının...

“İrandan Azərbaycana qarşı kəsilməyən təhdidlər məsələsi mövzusunda fikrimi demək istəyiəm. Əvvəl bir əyalət mollası Azərbaycana qarşı danışdı. Dedik əyalət mollasıdır, yəqin danışıb dayanar. Amma ardınca rəsmilər, generallar Azərbaycanı hədələməyə başladı. Biz bundan təssüf edirik. Bunun səbəbini İrandan soruşuruq. Azərbaycan mehriban qonşuluq münasibətlərinə hər zaman sadiq olub, öz ərazisinindən İrana qarşı istifadəyə imkan verməyib. İndi İranın bu addımlarının səbəbini öyrənmək istəyirəm”.

Publika.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, İran parlamentinin üzvü Azərbaycanın müstəqilliyini şübhə altına alıb: “Bunun səbəbini soruşuram. Bəlkə elə bilirlər ki, Azərbaycan xanlıqlar dövrünü yaşayır. Azərbaycan müstəqil dövlətdir, təsir altına düşməyəcək. Hansısa generalların bizi qorxutmaq cəhdi nəticəsizdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm