Gürcüstan KİV-də İlham Əliyevin Bakı Forumundakı çıxışı ilə bağlı materiallar yerləşdirilib
Bizi izləyin

Nida Xəbər

Gürcüstan KİV-də İlham Əliyevin Bakı Forumundakı çıxışı ilə bağlı materiallar yerləşdirilib

Gürcüstanın aparıcı “gaxa.ge”, “24news.ge”, “interpress.ge”, “qruzinform.ge” portalları və “1tv.ge” televiziya kanalı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi nitqlə bağlı materiallar yerləşdiriblər.

Publika.az xəbər verir ki, “gaxa.ge” portalı Azərbaycan Prezidentinin çıxışının tam mətnini yayıb.

Digər portallar isə dövlətimizin başçısının fikirlərindən xəbərlər hazırlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm