Məşhur jurnalist Rusiyanı tərk etdi
Bizi izləyin

Nida Xəbər

Məşhur jurnalist Rusiyanı tərk etdi

Məşhur rusiyalı jurnalist Kseniya Sobçak oktyabrın 24-də Rusiyanı tərk edib, oktyabrın 25-nə keçən gecə isə onun kommersiya direktoru saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə RT-nin (Russian Today) mənbəsi məlumat yayıb.

Teleaparıcı avtomobillə pasport nəzarəti olmayan Belarusla sərhədi keçərək Avropaya yollanıb. O, daha sonra "Vidzı" nəzarət buraxılış məntəqəsindən keçərək Litvaya gedib.

Avtomobildə üç sərnişin və bir sürücü olub.

Qeyd edək ki, bundan əvvəl Sobçakın qəsb işində (məmurlardan və iş adamlarından pul tələb etmə) şübhəli şəxs qismində saxlanması barədə xəbər yayılmışdı.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm