İsrailin milli təhlükəsizlik naziri o olacaq
Bizi izləyin

Nida Xəbər

İsrailin milli təhlükəsizlik naziri o olacaq

İfrat sağçı millət vəkili və Fələstinlə barışıq əleyhdarı İtamar Ben-Qvir İsrailin milli təhlükəsizlik naziri postunu tutacaq.

Publika.az xəbər verir ki, bu qərar "Likud" və "Ha-Tziyonut Ha-Datit" partiyaları arasında kompromis nəticəsində əldə olunub. Ben-Qvir sonuncu adı çəkilən partiyanın sədrdir. Bu təyinat barədə İsrailin “Times of Israel” qəzeti məlumat yayıb.

Ben-Qvirin nazir kimi gələcək proqramının əsas məqamları İsrail vətəndaşlarına hücumda təqsirli bilinən fələstinlilərə edam hökmünün verilməsi, İsrailə sədaqətsiz ərəblərin deportasiyası və vəzifəsini yerinə yetirərkən fələstinlini sərhədi pozduğuna görə öldürə bilən əsgərlərə qanuni toxunulmazlığın verilməsidir.

"Ha-Tzyonut Ha-Datit" partiyası seçkilərdəki uğurundan sonra İsrail parlamentində 14 yer qazanaraq "Likud"la koalisiyaya girib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm