Nida Xəbər
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
Tanınmış meyxanaçı Mehman Əhmədli həmkarı Mübariz Maştağalının ad günündə Sadiq adlı biznesmenin itinə meyxana deməsi haqqındakı iddialara cavab verib.
Publika.az xəbər verir ki, o, Teleqraf.com-a açıqlamasında itə meyxana demədiyini bildirib: "Ötən gün Mübariz Maştağalıya ad günündə bir nəfər yaxınlaşaraq "itim var, Azərbaycan çempionu olub, imkan varsa it haqqında bunu qeyd elə" sözlərini dedi. Mən "yox" cavabı verdim. Mübariz də bir qafiyə açdı. Həmin şəxsin adı Sadiq idi. Mən isə dedim ki, "heç vaxt meyxana demirəm, itdən-pişikdən, çünki həmişə yaşamışam, Əhmədli Mehman kimi". Yəni o, adama iradımı bildirirəm.
Həmin şəxs isə qulağıma dedi ki, "biz filankəsik, sizi dəstəkləyərik". Məni həmin şəxsi uzaqlaşdırdım. Sonra xəbər yaydılar ki, guya biz meyxana demişik. Axı, mən meyxana deməmişəm. Mübariz isə qonağı olduğu üçün imtina edə bilmədi. Bir sözlə, itə meyxana demədik, şəxsən mən demədim.
Ağamirzə Məmmədov isə dedi ki, "mənim öz itim var". Mübariz iki bənd meyxana dedi. Daha heç kim heç nə demədi. Bunu böyütmək nəyə lazımdı?!"
Qeyd edək ki, məclisdə meyxana ustadları - Ağamirzə, Mehman Əhmədli, Akif Arif olub.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO