Nida Xəbər
Bakıda təcili eniş edən "British Airways"in təyyarəsi yola düşdü

"British Airways" aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Publika.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. "Boeing 787" təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb.
"British Airways" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.

-
Nida Xəbər 09:30
Qənirə Paşayevanın son durumu açıqlandı
-
Nida Xəbər 09:12
Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto
-
ABŞ08:00
Trampın “ölüm cəzası” bəyanatlarına CAVAB
-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR
-
Nida Xəbər 07:00
Şəhid anası Şuşadan oğlunun məzarına görün nə gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya05:45
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO