Nida Xəbər
“Kristal Abşeron” 20 yaşını qeyd edir - FOTO

“Kristal Abşeron” 20 yaşını qeyd edir. Yubiley tədbiri may ayının 26-sı “Gülüstan sarayı”nda “Kristal Abşeron”un kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub.
Publika.az xəbər verir ki, tədbir “Kristal Abşeron” şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin çıxışı ilə başlayıb.
Mahayət Nəbiyev çıxışında Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatına xüsusi ilə tikinti sektorunun inkifaşına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu diqqətin bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Mahayət Nəbiyev şirkətin 20 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlər və gələcək hədəfləri haqqında məlumat verib, bu dövr ərzində şirkətin tərəfdaşı olan özəl və dövlət qurumlarına öz təşəkkürünü bildirib.
Yubiley tədbiri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Deputat Tahir Mirkişili, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli və Türkiyənin məhşur Aslı Mimarlık şirkətinin sahibi Hüseyn Tonguç Özcanın çıxışları ilə davam edib.
Daha sonra qala gecəsi xüsusi dəvət olunmuş musiqiçilərin ifaları və şou proqramları ilə davam edib.
Qeyd edək ki 2003-cü ildən öz uğurlu fəaliyyətinə başlamış Kristal Abşeron şirkəti bugünə qədər etibarlılıq, dürüstlük və keyfiyyət kimi dəyərlərə əsaslanaraq bir çox böyük layihələrə imza atıb.


-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO