Nida Xəbər
Emin Əmrullayevdən türkiyəli həmkarına TƏBRİK - FOTO

Azərbaycanın elm və təhsil naziri Emin Amrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.
Publika.az xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.
“Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq”, - nazir qeyd edib.
Emin Amrullayev eyni zamanda türkiyəli sabiq həmkarı Mahmut Özerə də minnətdarlıq edib.
“İki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına davamlı dəstəyini göstərmiş, Türkiyənin milli təhsil naziri vəzifəsində fəaliyyətini başa vuran cənab Mahmut Özerə dərin minnətdarlığımı bildirir, bundan sonrakı işlərində uğurlar arzulayıram”, - Azərbaycanın elm və təhsil naziri qeyd edib.
Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini @Yusuf__Tekin ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq. pic.twitter.com/aGjm3kwbj4
— Emin Amrullayev (@EminAmrullayev) June 4, 2023

-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO
-
Qarabağ 14:06
Şəhid xəbəri yayılan XTQ zabitinin tapılma anı - VİDEO