Nida Xəbər
DTX-nin həbs etdiyi polkovnikin məhkəməsi başlayır
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş hakim Rafiq Abbasovun icraatına verilib.
Məhkəmə baxışı dekabrın 8-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
İttihama görə, Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
-
Hadisə17:10
Azərbaycanda sürücü sərnişin avtobusunu yandırdı - VİDEO
-
Yaxın Şərq16:09
Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır
-
Kriminal15:10
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Kriminal14:50
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi - ŞOK TƏFƏRRÜAT
-
İdman13:34
Ailədə söz-söhbət: İtalyan gözəl ona xəyanət edib? - FOTOLAR
-
İdman13:05
Prezidentin nəvələri Messi və dostları ilə görüşdülər - FOTO
-
Sosial12:13
Gələn ilin bayram günləri müəyyən edildi
-
Qoroskop11:17
2025-də sevgidən yarıyacaq 3 bürc: Hər an evlilik təklifi ala bilərsiniz