Nida Xəbər
Sahibə Qafarova "Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz"
"Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
O xatırladıb ki, məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh danışıqlarını davam etdirməkdə maraqlıdır. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycan sülh istəyir və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Münaqişədən sonra işğaldan azad edilmiş torpaqlarda Azərbaycan hökumətinin başlatdığı irimiqyaslı bərpa-quruculuq işləri barədə danışan Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır: "Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Bu, Azərbaycanın yeni müharibədə maraqlı olmadığının sübutudur".
O, Azərbaycan xalqının sülh istədiyini bildirib, ölkəmizin bu regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərini qeyd edib.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı