Qarabağda keçirilən seçki Ukrayna üçün təcrübədir - Kolyux
Bizi izləyin

Nida Xəbər

Qarabağda keçirilən seçki Ukrayna üçün təcrübədir - Kolyux

"Bu seçkilərin spesifik xüsusiyyəti azad olunmuş ərazilərdə də keçirilməsi idi. Seçkidə yüksək fəallığı bununla əlaqələndirik".

Publika.az xəbər verir ki, bunu prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Ukrayna parlamentinin nümayəndə heyətinin rəhbəri Valeriy Kolyux deyib.

V.Kolyux qeyd edib ki, Azərbaycanın Qarabağda keçirdiyi seçkilər Ukrayna üçün təcrübədir:

"Ukrayna da öz ərazilərini azad etdikdən sonra həmin ərazilərdə keçiriləcək seçkilərdə Azərbaycanın təcrübəsindən istifadə edəcək. Azad olunmuş ərazilərdə keçirilən seçkilərdə əsas xüsusiyyət insanların səsvermə hüququndan qeydiyyatda olduqları yerlərdə istifadə etməsi idi. İştirak etdiyimiz 13 seçki məntəqəsində seçkilərin yüksək səviyyədə keçirildiyinin şahidi olduq".

V.Kolyux demokratik seçkilərin keçirilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm